Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:59

Əfqanıstanda ABŞ əleyhinə aksiyalar keçirlir


Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində tələbələrin kütləvi aksiyası keçirilib. Onlar Qəndəhar əyalətində ABŞ hərbçisinin 16 dinc sakini güllələməsinə etiraz ediblər. Nümayişçilər Amerika əleyhinə şüarlar səsləndirib, ABŞ hərbçisinin məhkəməsinin Əfqanıstanda keçirilməsini tələb ediblər.

ABŞ-ın müdafiə naziri Leon Panetta dinc sakinləri güllələmiş hərbçini ölüm cəzası gözləyə biləcəyini deyib.

Bazar günü ABŞ hərbçisi səhər tezdən Qəndəhardakı bir kənddə 16 nəfəri güllələmişdi. Onlardan 9-u uşaq olub. Bundan sonra isə o hərbi bazaya qayıtmışdı.
XS
SM
MD
LG