Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:02
Martın 13-ü axır çərşənbə günü ilə bağlı Bakıda Novruz şənliyi keçirilir.

Səhər saat 10.00-da 5 fayton və 6 dəvədən ibarət karvan Qoşa Qala qapısının qarşısından «Azneft» meydanına, ordan isə Suraxanıdakı Atəşgah məbədinə yola düşüb. Novruz karvanında baharın rəmzi olan Bahar qız, Dədə Qorqud və müxtəlif personajlar da olub.

Havaya şarlar buraxılıb.

Atlılar Atəşgahdakı oddan məşəl yandıracaq, həmin məşəli Qoşa Qala qapısının qarşısındakı «Gənclər meydanı»na gətirəcək. Bu məşəllə bayram tonqalı yandırılacaq. Saat 18:20-dən Gənclər meydanında bayram konserti başlayacaq, saat 20:00-da atəşfəşanlıq olacaq.

Azərbaycana bahar martın 20-i saat 09:14-də gələcək.

Bu haqda Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev məlumat verib. Həmin vaxt Günəş yaz bərabərliyi nöqtəsində olacaq, gecə ilə gündüz bərabərləşəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG