Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:53
Fransa prezidenti Nicolasa Sarkozy martın 11-dəki çıxışında bildirib ki, əgər Avropa Birliyi qanunsuz miqrasiyanın qarşısının alınmasında ciddi irəliləyişə nail olmasa, Fransa vizadan azad Şengen zonasını tərk edəcək.

Fransada qarşıdan prezident seçkiləri gəlir, Sarkozy də yenidən seçilmək istəyir. O, seçki kampaniyası çərçivəsində Paris ətrafında təşkil edilmiş yürüşdə tərəfdarlarına müraciətlə deyib ki, qanunsuz miqrasiya Avropa Birliyinə daxil olan yeni dövlətlərin inteqrasiyasına əngəl, kasıblar üçün sosial proqramlara isə təhlükə törədir:

Şengen razılaşması bizim bu ciddi vəziyyətə adekvat reaksiya verməyimizə imkan vermir. Buna yenidən baxılmalıdır. Bu sahədə islahata ehtiyac var. Necə ki biz avro ilə bağlı islahat aparırıq. Biz qanunsuz miqrant axını probleminin həllini məmur və məhkəmələrin ixtiyarına buraxa bilmərik”

Sarkozy hesab edir ki, qanunsuz miqrasiyanın qarşısı alınmasa,

Bu, Avropanı parçalaya bilər

O bildirib ki, yenidən prezident seçildiyi təqdirdə 1 il gözləyəcək - əgər qanunsuz miqrasiyanın qarşısının alınması üçün Avropa Birliyi tərəfindən ciddi ölçü götürülməsə, Fransa Şengen razılaşmasından çıxacaq:

“Hansısa insanların ölkə ərazisinə buraxılıb-buraxılmaması hər bir dövlətin suveren hüququdur. Əgər Şengen zonasının mövcudluğu davam edəcəksə, onda bununla bağlı siyasi qərarlar verən ümumi hakimiyyət də olmalıdır. Necə ki avrozonanın iqtisadi qərarlarını verən ümumi hakimiyyət var ”

Francois Hollande

Francois Hollande

Gəlmələr - Fransadakı prezident seçkilərində əsas müzakirə mövzularından biridir.

Bir neçə gün qabaq Sarkozy demişdi ki, “Fransada həddən ziyadə xarici var”.

Sarkozy onu da bildirib ki, Avropa Birliyində yerli istehsal olan malların alınması üçün geniş kampaniya aparılmalıdır.

Necə ki, Amerikada amerikalıları yerli malların alınmasına çağıran kampaniya mövcuddur.

Sarkozynin fikrincəi, əgər dünyanın ən böyük azad bazar iqtisadiyyatına malik ölkəsi bunu özünə rəva bilirsə, Avropa niyə bunu etməsin.

Sarkozynin yenidən prezident seçilməsi asan olmaya bilər

Sosialistlərin namizədi olan Francois Hollande onun əsas rəqibidir. Əgər aprelin 22-dəki birinci raundda qalib müəyyən olunmasa, onda may seçkilərin ikinci raundu olacaq.

Avrozonadakı maliyyə böhranı, bunun Fransa iqtisadiyyatına da təhlükə törətməsi, işsizliyin artması Fransa seçicilərinin çoxunu müxalifət liderinə səs verməyə vadar edə bilər.

MƏLUMAT: Şengen razılaşması 1985-ci ildə Lüksemburqun Şengen kəndində 10 Avropa ölkəsi arasında imzalanıb.

Bu həmin ölkələr arasında vizasız gediş gəlişə şərait yaradırdı.

Sonradan əsasən Şərqi Avropa ölkələri hesabına Şengen zonası daha da genişləndi. Hazırda bura Avropanın 26 ölkəsi daxildir.

Bu ölkələrə səfər edən qeyri-Avropa vətəndaşlarına həmin ölkənin vizası ilə bərabər Şengen vizalarının verilməsi də mümkündür.

Həmin viza ilə onlar 26 ölkəni sərbəst gəzə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG