Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:02

Parisdə Vaqif Mustafazadəyə həsr olunmuş konsert olacaq


Vaqif Mustafazadə
Vaqif Mustafazadə
Martın 14-də Parisin məşhur «Le Reservoir» klubunda böyük caz ustası Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Bu xəbəri apa yayıb.

Azərbaycanın tanınmış pianoçusu, əməkdar artist Şahin Növrəsli Parisdə Vaqif Mustafazadənin şərəfinə konsert verəcək.

Xəbərdə vurğulanır ki, konsertdə Vaqif Mustafazadə məktəbinin ardıclılarından olan Şahin Növrəsli həm öz əsərlərini, həm də ustadının hamı tərəfindən sevilən kompozisiyalarını ifa edəcək.

Konsertin təşkilatçılarından olan «Buta» İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev bildirib ki, Vaqif Mustafazadənin xatirəsinə həsr olunan böyük bir musiqi festivalının keçirilməsi planlaşdırılır:

«Şahinin bu yeni proqramı böyük Vaqif Mustafazadəyə həsr olunub və onun təqdimatının Parisdə keçirilməsi bizim üçün böyük şərəfdir. Biz, həmçinin, Vaqifin xatirəsinə həsr olunmuş böyük musiqi festivalını təşkil etməyi planlaşdırırıq. Ümid edirik ki, bu böyük sənətkarın musiqi irsi tezliklə Avropanın ən yaxşı meydançalarında yenə də səslənəcək».

Xatırladaq ki, cazmen Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakıda doğulub.

Taleyinə cazı sevməyən bir ölkənin vətəndaşı olmaq yazılıb.

Bütün ömrünü qadağalarla, «yox»larla üzləşib.

Cəmi 39 yaşında Daşkənddə konsert zamanı vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG