Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:03

Van Dyck və Paul Rubens-in oğurlanmış məşhur tabloları tapıldı


Qadın əri ilə birlikdə rəsmləri 20 il əvvəl aldığını deyir
Qadın əri ilə birlikdə rəsmləri 20 il əvvəl aldığını deyir
İtaliya polisi Romada 50 yaşlı bir qadının evində böyük sərvət aşkarlayıb.

Xəbəri İtaliyanın «ANSA Agentliyi» yayıb.

Sərvət dəyəri 7, 5 milyon avro qiymətləndirilən 37 rəsm əsərindən ibarətdir.
Rəsm əsrlərinin hamısı oğurluqdur.

Oğurluğun 1971-ci ildə gerçəkləşdirildiyi bildirilir.
Xəbərdə tapılan tabloların arasında tanınmış rəssamlar-Van Dyck və Peter Paul Rubens-ə aid edilən əsərlərin də olduğu vurğulanır.

Agentliyin yaydığı bilgiyə görə, 1971-ci ildə oğru dəstəsi Romanın nüfuzlu Parioli rayonunda yaşayan bir tikinti maqnatının malikanəsinə girib və ordan 42 rəsm əsəri aparıb.

Fransız rəngkarı Nikola Pussen (Nicolas Poussin) və italyan rəngkarı Qvido Reni (Guido Reni) kimi məşhurların tabloları da oğurluq işlərin içində olub.

İtalyan polisi oğruların mafiya ilə əlaqəli olmadığını aşkarlayıb. Amma dəlillərin azlığından istintaq nəticəsiz qalıb.

Sərvət necə aşkara çıxıb?

Rəsm əsəri 40 ildir ki, itmiş hesab olunub. Amma...bu ilin fevralında sərvətin hazırkı «sahibi» 4 rəsm əsərini hərraca çıxarmaq fikrinə düşüb.

Hərracın kataloqunda əsərlərin şəklini görən polis işə keçib.

Qadın əri ilə birlikdə rəsmləri 20 il əvvəl aldığını deyib.

Polis əsərlərin qara bazardan alındığı qənaətindədir və bildirir ki, rəsmləri alan ər-arvad başa düşməli idilər ki, oğurluq mal alırlar.

Əri öldüyündən, qadına qarşı «qiymətli oğurluq mal saxlamaq» maddəsi ilə iş açılıb.

Amma xəbər bitmədi.

Axtarış aparan italyan polisi qadının evindən daha 11 rəsm əsəri tapıb.

Sonradan aydın olub ki, qadının Roma kənarında daha bir malikanəsi var.

Oradan da 26 tablo aşkarlanıb.

Beləliklə 1971-ci ildə oğurlanan rəsm əsərlərinin yalnız beşinin yeri məlum deyil.

İtalyan polisi oğruların kim olduğunu hələ də bilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG