Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:13
​Dahi şairin ölüm günü Gəncədəki Nizami Məqbərəsində anılıb.

Nizami məqbərəsinin direktoru Gülnarə İsmayılovanın verdiyi məlumata görə,
şəhərin ziyalıları, yazıçı və şairləri Nizami Gəncəvinin qəbrini ziyarət ediblər.

Əvvəl Qurani-Kərimdən ayələr oxunub. Sonra Nizamişünaslar dünyəvi şairin yaradıcılığı barədə danışıblar. Onun şerlərindən səsləndiriblər.

G. İsmayılovanın sözlərinə görə hər il martın 12-si Nizami Gəncəvinin ölüm günü kimi qeyd olunur.

Məlumata görə, 1947-ci ildə Nizami Gəncəvinin məqbərəsində aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılıb. Daşda Nizami Gəncəvinin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG