Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:08

Realiti şounun aşağı reytinq ucbatından yarımçıq saxlandığı bildirilir

“Bütün Amerika müsəlmanları” (All-American Muslim) realiti şousu bir sezondan sonra bağlanıb. Şouda Miçiqandan olan 5 müsəlman ailəsinin həyatı izlənilirdi.

TLC kanalının rəsmisi realiti şounun ikinci sezona keçmədiyini təsdiqləyib. Və bunu aşağı reytinqlərlə əlaqələndirib. Kanalın açıqladığı məlumata görə, şounun ilk epizodunu 1,7 milyon tamaşaçı izləsə də, sonradan bir rəqəm 729 min nəfərə qədər düşüb.

Lakin serial iştirakçılarından biri - Suehaila Amen deyir ki, TLC-nin digər 30 şousunun da oxşar reytinqləri var. Amma onların heç biri qapadılmayıb:

“Bu xəbəri eşidəndə çox kədərləndim. Axı bu şou indiyə kimi medianın etmədiyi bir şeyi etdi – müsəlmanların humanistliyini göstərdi, onlara yeni nəzərlərlə baxmağa imkan verdi. Bu proqram insanlara sanki gözlərini açmağa yardım etdi”.

ƏVVƏLLƏR İSLAMA NİFRƏT EDƏNLƏR...

Suehaila deyir ki, bəzi adamlar əvvəllər İslama nifrət etdiklərini, amma şounu izləyəndən sonra müsəlman icmasını anlamağa, hətta onlara hörmət etməyə başladıqlarını deyirlərmiş

Şounun yaradıcılarından biri – Mike Mosallam da bununla razılaşır. Onun sözlərinə görə, şounun reytinqi sezon ortası aşağı düşüb. Amma bu o demək deyil ki, şounun mədəni səviyyəsi də aşağı olub.

“Bu serial bir çox insanın fikirlərini dəyişməsinə imkan verdi. Müsəlmanlar haqda şounun "Ümidsiz ev qadınları" (Desperate Housewives) kimi sensasion olacağı nəzərdə tutulmamışdı. Şou müsəlman həyatını nümatyiş etdirən normal perspektivli bir proqram idi. Amma görünür bu halda normal səviyyə kifayət etmirmiş”.

ŞİRKƏT SPONSORLUQDAN İMTİNA EDİB

Lakin müsəlmanların həyatına aid olan şou heç də hamı tərəfindən bəyənilmirdi.

Anti-müsəlman bloqlarında yazanlar şouya reklam verən şirkətləri boykota çağırırdı. Bu kampaniyadan sonra bəzi şirkətlər, həmçinin şounun baş sponsoru olan Lowe's "All-American Muslim"dən reklamlarını geri götürdü.

Amerikada fəaliyyət göstərən bəzi konservativ xristian və yəhudi icmaları da şounun xarakterindən, burda müsəlmanların müsbət tərəfdən göstərilməsindən narazılıq edirdilər.

Lowe's şirkətinin qərarından sonra hip-hop ulduzu Russell Simmons şounun xeyrinə mərasim keçirərək dini və vətəndaş cəmiyyəti təşkilatlarının çağırışlarına hay verdiyini bəyan etdi. Mərasimdə Lowe's şirkəti rəhbərliyinə müraciət qəbul olunub və onlardan sponsorluğu bərpa etmək xahiş edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG