Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:26

Kabil ABŞ əsgərinin dinc sakinlərə hücumunu ittiham edib


Əfqanıstanın daxili işlər nazirliyi ABŞ əsgərinin Qəndəhar əyalətində dinc sakinlərə silahlı hücumunu ittiham edib.

Müxtəlif məlumatlarda 15 nəfərin öldüyü, 9 nəfərinsə yaralandığı bildirilir.

Ölənlərin arasında qadın və uşaq da var.

Məlumatlara görə əsgər gecə bazadan çıxaraq evlərə soxulub, dinc sakinləri güllələməyə başlayıb, sonra isə bazaya qayıdaraq təslim olub.

Hadisə Pəncvay rayonunun Alkozay kəndində baş verib.

NATO komandanlığı insidentə görə üzr istəyib, ölənlərin ailələrinə başsağlığı verib.

Yerli sakinlər bazanın ətrafında etiraz aksiyasına çıxıblar.

Bəzi ehtimalllara görə, əsgər əsəb xəstəliyindən əziyyət çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG