Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:00

Quba sakini naxçıvanlıları xoşbəxt hesab edir


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Şərq Qapısı
28.01.2012
Sayı: 16(20.423)
«Naxçıvan» poemasından bir parça:
Çox odlar, alovlar görüb Naxçıvan,
Dərdini şam kimi əridibdi o.
Haqsızlıq önündə susmayıb bir an,
Yenə haqq sözünü yeridibdi o
DAİM İNKİŞAF EDƏN VƏ TƏKMİLLƏŞƏN GÖMRÜK XİDMƏTİ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il 10 yanvar tarixli Sərəncamı ilə 30 yanvar ölkəmizdə gömrük əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
...Sərhəd – buraxılış məntəqələrindən muxtar respublikaya gömrük nəzarətindən kənar, bəyan etmədən, qaçaqmalçılıq yolu ilə malların keçirilməsi ilə malların keçirilməsinin qarşısının alınması istiqamətində gömrük orqanları hüquqpozma hallarına qarşı ciddi mübarizə aparır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin «Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında»1996-cı il 30 avqust sərəncamına əsasən, ümumbəşəri bəla olan narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə gömrük orqanları tərəfindən regional sistemli şəkildə həyata keçirilməkdədir...
...Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ali Məclisin sədri demişdir: «Düşünürük ki, muxtar respublikanın hakimiyyət və icra strukturları, eləcə də istehsalat subyektləri bir daha öz imkanlarını ölçüb – biçəcək, təşəbbüskarlıqlarını və məsuliyyətlərin artırmaqla doğma Azərbaycanımızın inkişafına öz töhfələrini verəcəklər».
OXUCU MƏKTUBLARI:
Naxçıvanlılar xoşbəxtdirlər ki, belə bir diyarda yaşayırlar.
Hörmətli redaksiya! Mən Quba rayonunda yaşayıram. Ali təhsilimi 1976 -1982-ci illərdə indiki Naxçıvan Dövlət Universitetində almışam. Tale elə gətirdi ki, 6 ay bundan əvvəl övladım hərbi xidmətə Naxçıvana göndərildi...
Heydər Əliyev Sarayı, Naxçıvan Diaqnostika mərkəzi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Doğum Mərkəzi, «Gənclik» Mərkəzi və bu kimi bir – birindən yaraşıqlı obyektlər Naxçıvanın tərəqqisi inkişafı kimi qəlbimi qürurlandırdı. Sözün düzü mən Naxçıvanı belə təsəvvür etmirdim... Bu gün Azərbaycanın bütün bölgələrində quruculuq və abadlıq işləri aparılır. Eləcə də bizim Quba rayonunda. Ancaq, Naxçıvan o qədər gözəldir ki, burada yaradılanlara ötəri baxıb keçmək olmaz...
DİGƏR MƏKTUB BAŞLIQLARI:
- Müasir Azərbaycan kəndinin canlı nümunəsi
- Kəndimizə qonaq gəlin
- Dövlətimizə hər zaman minnətdaram
- Vətənimizə xidmət üçün bizə hər cür şərait yaradılıb
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Sığorta zəmanəti və sosial siyasət
- İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib
- Faydaları adı qədər zəngin olan boranı
- Hər şerə musiqi bəstələmək olarmı?
XS
SM
MD
LG