Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:56

ABŞ əsgəri Əfqanıstanda yatmış sakinləri güllələyib


Əfqanıstanın Qəndəhar əyalətində ABŞ əsgərinin dinc sakinləri atəşə tutuması nəticəsində azı 7 nəfər ölüb, bir neçə adamsa yaralanıb.

Məlumatlara görə əsgər gecə bazadan çıxaraq dinc sakinləri evlərində güllələməyə başlayıb, sonra isə bazaya qayıdaraq təslim olub.

Hadisə Pəncvay rayonunun Alkozay kəndində baş verib.

NATO komandanlığı insidentə görə üzr istəyib, ölənlərin ailələrinə başsağlığı verib.

Yerli sakinlər bazanın ətrafında etiraz aksiyasına çıxıblar.

Bəzi ehtimalllara görə, əsgər əsəb xəstəliyindən əziyyət çəkir.
XS
SM
MD
LG