Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22

Müxalifətin növbəti aksiyası mayda keçiriləcək


Rusiyada müxalifətin “Ədalətli seçkilər uğrunda” tələbi ilə növbəti etiraz aksiyası mayın 7-də baş tuta bilər. Həmin gün Vladimir Putinin prezident kimi inaqurasiya mərasimi keçiriləcək.

Martın 10-da Yeni Arbatda təşkil olunmuş mitinqdə “Sol cəbhə”nin koordinatoru Sergey Udaltsov mayın 1-də kütləvi aksiya keçirməyə çağırıb. Qeydə alınmamış Xalq Azadlıq Partiyasının nümayəndələri Vladimir Rıjkov və Mixail Kasyanov isə mitinqin mayın 7-də keçirilməli olduğunu bildiriblər.

Dünənki mitinqdən sonra saxlananların bəziləri buraxılıblar. Sergey Udaltsovu isə 15 sutkalıq həbs gözləyir. Bu gün Nijni Novqorod şəhərində keçirilmiş etiraz aksiyasında saxlananların məhkəməsi olacaq. Saxlananlardan 10-u hələ polis şöbələrindədir.

Müxalifət martın 4-də keçirilmiş prezident seçkilərinin saxtakarlıqla keçirildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG