Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:15

“Xəbərdən ləzzət”? Bəyəm xəbər pitidir, kababdır, bozbaşdır ki, ondan ləzzət alırlar?"

Aslan Qəhrəmanlı
Tofiq ABDİN



VAQİFİN ŞİRİN DİLİNƏ TƏRCÜMƏLƏR BARƏDƏ KİÇİK BİR ARAŞDIRMA

Bu ilin yanvar ayında “Ədəbiyyat qəzeti” Konstantin Simonovun “Jdi menya” (“Gözlə məni”) şeirini və bu şeirin dilimizə 6 tərcüməsini çap eləmişdi.

Deyirlər, bu tərcümələr əvvəllər nə vaxtsa elə bu qəzetdə verilmişdi, amma mənə rast gəlmədiyindən bu barədə söz deyə bilmərəm.

Əlbəttə, həm bu şeirin, həm də onun tərcümələrinin hazırki dövrdə nə qədər aktual olub-olmadığı barədə bir fikir söyləmək mənasızdır, çünki iddianı isbat etmək lazım gələcək, isbat etmək isə mümkün deyil.

Lakin məni və yəqin ki, bir çox başqalarını Azərbaycan ədəbiyyatında tərcümələrin keyfiyyəti daha çox narahat etdiyindən bu faktdan istifadə etmək, poeziyamızda başqa dillərdən tərcümə sahəsində vəziyyətimizi bu tərcümələr nümunəsində araşdırmaq fikrinə düşdüm.

Əvvəlcə onu deyim ki, nə qədər özümüzü tərifləsək də faktların əksinə gedə bilmərik: Don't Missbizim tərcümə ədəbiyyatımızda az-çox uğurlar varsa, o nəsrin hesabınadır, poeziya həqiqətən bərbad gündədir.

Hətta ən gözəl tərcümə hesab etdiyimiz nümunələrdə də nöqsanlar kifayət qədərdir. Dünya ədəbiyyatı bizə rus dilinə olan tərcümələrdən istifadə etməklə (cüzi istisnalarla) çatdırılıb. Bu isə poeziyada nəsrə nisbətən daha çox sapmalara səbəb olur.

Bundan əlavə ən yaxşı rus şairlərinin dilimizə görkəmli şairlərimiz tərəfindən çevrilən əsərlərini də mütəxəssislərə təzədən diqqətlə oxumağı tövsiyə edərdim. Onların çox Don't Miss

Mütəxəssislər heç olmazsa görkəmli şairlərin əsərlərinin tərcümələrinə bir daha nəzər salsınlar, onları redaktə etsinlər, kobud səhvləri düzəltsinlər, yoxsa gələcəkdə vəziyyət daha da pis ola bilər. Gələcək nəsil dünya ədəbiyyatının şedevrlərini bizim dildə yararsız poeziya nümunələri kimi oxumağa məcbur olar.
böyük hissəsi pis tərcümə olunub. Bizim fars və ərəb dilində yazmış klassiklərimizdən tərcümələr də başdan-ayağa nöqsanlarla doludur.

Bir-neçə il əvvəl professor Akif Musayevlə birlikdə “Vergi mədəniyyəti” monoqrafiyası üzərində işləyirdik. Nizami Gəncəvinin əsərlərində vergiyə aid çoxlu maraqlı fikirlər var və onların müəyyən hissəsindən istifadə etmişdik.

“Yeddi gözəl” poemasında beşinci iqlim padşahının qızının hekayəti vergi ilə bağlı olduğundan, onun bir hissəsini müəyyən izahla kitabımıza daxil etmək istədik. Kaş ki, istəməyəydik!

Bizə lazım olan hissəni aşağıda bütünlükdə verirəm.

Şəriki Mahana deyir:

“Hədsiz bir qazancla qayıtmışam mən,
Yeri var təşəkkür əgər edəsən,
Gecikdim, bağlandı şəhrin qalası.
Gecəni düzlərdə oldum qalası.
Bildim qonaq edib dostun sizləri,
Gəldim, çətin deyil qayıtmaq geri.
Pis olmaz mənimlə sən getsən əgər,
Ağa kənddə olsa, işlər düz gedər.
Xeyrin bir payını bu zülmət gecə,
Asanca vergidən sallıq gizlicə”.
Bu sözlərdən sonra müəllif yazır:
Mahan bu xəbərdən ləzzət alınca,
Düşdü yoldaşının dərhal dalınca.


Biz monoqrafiyamıza bu misraları necə daxil edəydik? Axı böyük söz ustası Nizami Gəncəvidən misal gətirirdik. Narahatlığımızın aydın olması üçün yuxarıdakı misraların bəzilərini nəzərdən keçirək:

“Hədsiz bir qazancla qayıtmışam mən”.

Hədsiz qazanc nə deməkdir? Qazanc da sonsuz ola bilərmi?

“Yeri var təşəkkür əgər edəsən”.

Kimə təşəkkür etmək lazımdır? Cümlə hansı dildə yazılıb?

“Gecikdim bağlandı şəhrin qalası “.

Deməli, Mahanın şəriki gecikdiyinə görə şəhərin (bağışlayın, şəhrin) qalasını (qapısını, darvazasını yox, qalasını) bağlayıblarmış, yoxsa bağlamazdılar.

“Gecəni düzlərdə oldum qalası”.

Nizami Gəncəvinin xəyali portreti

Nizami Gəncəvinin xəyali portreti

Bədbəxt tacir mal gətirib, düzlərdə qalıb, indi də qaça-qaça bura gəlib; bəs onun malları hələ də düzlərdədirmi? Hədsiz qazanc bunamı deyirlər?

“Xeyrin bir payını bu zülmət gecə”.

Xeyrin bir payı nə qədərdir? Bunun izahatını kim verməlidir?

“Asanca vergidən sallıq gizlicə”.

“Vergidən salmaq”(?) çox maraqlı ifadədir.

“Mahan bu xəbərdən ləzzət alınca”.

“Xəbərdən ləzzət”!. Bəyəm xəbər pitidir, kababdır, bozbaşdır ki, ondan ləzzət alırlar?

Fikirləşdik ki, yəqin biz istifadə etdiyimiz, “Yazıçı” nəşriyyatında 1983-cü ildə çap olunmuş kitab qüsurlu imiş, sonralar müvafiq düzəlişlər aparılıbmış. Yoxsa kiçik bir parçada bu qədər nöqsan olması ağlasığmazdır.

Əlacsız qalıb başqa kitaba baxdıq. 2004-cü ildə “Çaşıoğlu” nəşriyyatında buraxılmış “Yeddi gözəl” kitabına. Ön sözdə Nüşabə Araslı yazır:

“Ümumillikdə orijinalın məzmun və ruhunu verməyə müvəffəq olmuş Məmməd Rahim tərcüməsinə tənqidi yanaşılmış və yeri gəldikcə onlarda müvafiq təshihlər aparılmışdır.”

Əvvəlcə aydın deyil, orijinalın məzmun və ruhunu (?) verməyə müvəffəq olmuş şairin tərcüməsinə niyə tənqidi yanaşılır? İkincisi, baxdığımız parçanın yalnız iki misrasında cüzi dəyişiklik var və onlar da nöqsanları olduğu kimi saxlayır: “Yeri var təşəkkür əgər edəsən” əvəzinə “Yeri vardır əgər təşəkkür etsən”, “Gecikdim, bağlandı şəhrin qalası” əvəzinə “Gecikdim, bağlandı şəhər qalası” yazılıb. Bunlar nəyi dəyişir ki? Üstəlik poemanın hər iki çapında nağıl söylənilən iki gün dalbadal “çərşənbə” günüdür (həm mətndə, həm də mündəricatda); onlardan birincisi təbii ki, “seşənbə” yazılmalıydı.
Əlacsız qalıb, Rüstəm Əliyevin filoloji tərcüməsinə baxdıq.

Məlum oldu ki, nöqsanlar Nizamiyə yox, Məmməd Rahimə aiddir. “Hədsiz qazanc” “həddindən artıq mənfəət” olmalıymış, belə mənfəət üçün “əgər təşəkkür etmək” yox, şükr etmək lazım imiş, tacir gecikdiyinə görə şəhrin qalası bağlanmayıbmış, tacir gec gəldiyinə görə şəhərin qapısını bağlı görüb, mallar tacirlə bərabər “düzlərdə” qalmayıbmış, şəhərin kənarında karvansara var imiş, yüklər də möhürlənib orada saxlanılırmış, xeyrin bir payının məsələyə dəxli yox imiş, sadəcə malın yarısının gömrük rüsumundan gizlədilməsindən, yəni vergidən yayınmaqdan söhbət gedirmiş, Mahan da bu xəbərdən ləzzət-zad almayıb, ürəkdən sevinibmiş.

Bu kiçik misal bizim tərcümə ədəbiyyatımızın real vəziyyətini güzgü kimi göstərir, təsəvvür etmək çətin deyil ki, həmin poemanın tərcüməsinin qalan hissəsi nə gündədir.
Konstantin Simonovun şeiri üç hissəyə bölünüb, hər hissə 12 misradır, yəni 3 bənddən ibarətdir, bəndlər "a b a b" qaydası ilə qafiyələnib. Şairlərimizin tərcümələrində isə Ayaz Vəfalı və Səyavuş Məmmədzadə bu ölçünü gözləyib, lakin Səyavuş qafiyələri orijinalda olduğu kimi saxlaya bilməyib.

Qalan şairlərin misralarının sayı və qafiyələnmə fərqlidir.

Bu problemin formal tərəfidir. İndi gələk məzmuna. Bütün tərcümələrdə, əlbəttə, şeirin əsas məğzi, yəni “heç kəsə fikir vermədən məni gözlə, gələcəyəm” fikri saxlanılıb. Ancaq necə? Bax, bu barədə araşdırma aparmaq lazımdır.

Xəlil Rza Ulutürkün tərcüməsində ilk sətirlər aşağıdakı kimidir:

Gözlə məni, qayıdacam,
Gözlə, ey nigar,
Gözlə kədər gətirəndə
Soyuq yağışlar.
Gözlə məni qar yağanda,
İsti düşəndə,
Gözlə, bezib özgələri
Gözləməyəndə.


Qafiyələr yaxşı olmasa da, məzmun təxminən orijinaldakı kimidir. Əliağa Kürçaylıda isə yağışların kədər gətirməsi əvəzinə

Gözlə kədər yağan zaman,
Qəmli üzündən


yazılıb; yağışların kədər gətirməsi əvəzinə, qəmli üzdən kədərin yağmasından bəhs edilir; belə ki, qəmli üzündən kədər yağanda gözləməlisən, başqa vaxt yox. Bu misralardan əlavə Əliağa Kürçaylının tərcüməsində daha anlaşılmaz

Bəziləri yorulsa da,
Sən gözlə məni


Konstantin Simonov

Konstantin Simonov

misraları var. Aydın olmur ki, başqalarının yorulmasının (nədən yorulub, gözləməkdən, yoxsa yük daşımaqdan, məlum olmur) sevgilisinin gözləməsinə nə dəxli var?

Tərcümənin sonrakı misraları bundan daha qəribədir:

Desələr ki, yetər, unut...
Baxma, gözlə sən.
Amma oğlum qoy inansın-
Artıq ölmüşəm.


Orijinalda

Пусть поверят сын и мать
В то что нет меня.


- yazılıb, bu o demək deyil ki, məktub yazan öldüyünə oğlunun inanmasını istəyir; tərcümədə isə “amma oğlum qoy inansın” deməklə, belə nəticə çıxır ki, hətta oğlu buna inanmasa da onu inandırmaq lazımdır.

Elə buradaca fikrimə gəldi ki, ey dili-qafil, sən qəzetdə yazılanı nə üçün araşdırırsan, bəlkə olmayanı da fərz edəsən. Məsələn, bəlkə “amma” əvəzinə “anam” yazılıbmış, kiminsə səhvi ucbatından “amma” gedib və bunu heç kəs düzəltməyəcək. Göstərilən misrada bu düzəliş edilsəydi, məna tamamilə dəyişərdi. Beləliklə, daha bir problem - orfoqrafik səhvlərin poeziyamıza məhvedici təsiri problemi ortaya çıxır. İbtidai siniflər üçün dərsliklərdən qalın ensiklopediyalara qədər bütün kitablarımız səhvlərlə doludur. Müəllif öz yazdığını oxumağa tənbəllik edir, korrektor az savadlıdır, səhvləri görmür, redaktor da mətnə sadəcə göz gəzdirir, çünki “yazıya pozu yoxdur”, kim necə yazıbsa düzəlişsiz dərc olunur və günlərin birində kitabı açıb oxuyurlar, heç nə başa düşmürlər.

Şeirdə

Жди, когда снега метут,
Жди, когда жара


- kimi tamamilə aydın sözlər yazılsa da İsa İsmayılzadə bunu

Qışda qarı kürüyüb

Yığanda gözlə,
Yayda göydən od-alov
Yağanda gözlə


kimi tərcümə edir. Əvvələn, bu çox uzundur, ikincisi məktub göndərilən qız qarı niyə kürüyür, yolları, səkiləri təmizləyir ki, sevgilisinin yolu açılsın, yoxsa bu onun sadəcə hobbisidir, qarı kürüyüb bir yerə yığır.

Ayaz Vəfalı məsələni daha da mürəkkəbləşdirir. Yazır ki,

Gözlə məni qışın qarı
Evlər yıxanda.


Bu nə deməkdir? Belə çıxır ki,qar mütləq evlər yıxmalıdır, yoxsa gözləməyin mənası yoxdur?

Ayaz Vəfalının tərcüməsində qafiyə xatirinə yazılmış

Gözlə məni, nahaq yerə
Gülüm, qəm yemə


misraları da var. Necə yəni qəm yemə? Bəlkə sevgilisinin gəlib çıxmadığını, hətta hamının ondan əl üzdüyünü bildiyinə görə sevinməlidir? Bu tərcümənin sonu daha maraqlıdır:

Sənin kimi səhər-axşam
Gözləyənim var.


Niyə səhər-axşam? Görəsən günorta gözləmək lazım deyilmi?

Belə qəribə misralarla Səyavuş Məmmədzadənin tərcüməsində də rastlaşırıq. Məsələn,

Cana gəlsə gözləyənlər,
Hər nəsə, gözlə.


Yaxud,

Gözlə məni lal duraraq,
Tələsmə sən də.


Təbii sual şıxır: “Hər nəsə, gözlə” dedikdə müəllif hansı incə mətləbi çatdırmaq istəyir? Digər tərəfdən, sevgilisi onu gözləyirsə, nə üçün lal durmalıdır?

İsa İsmayılzadənin tərcüməsindən misallar:

Atamın ocağına,
Gözlə, gələrəm.

Söhbət cəbhədən sağ-salamat qayıtmaqdan gedir, yoxsa ata ocağına qayıtmaqdan? Bəlkə heç ata ocağına qayıtmadı, qaynata ocağına qayıtdı?

Gözlə, gözlə yenə də,
Gözlə sən bir az.


Deməli, çox gözləmək lazım deyil, bir az gözləmək kifayətdir.

Orijinalın bir yerində rəhmətə gedəni yad etmək üçün dostların şərab içməsinə münasibət bildirilir və deyilir ki, sən onlara qoşulma, çünki mən hələ ölmək fikrində deyiləm. Xəlil Rza Ulutürk bu hissəni tərcümədə tamamilə çıxarıb, Anar müsəlmanlaşdırıb, ehsan yeməyi ilə əvəz edib, İsa İsmalıyzadə isə

Ocağın qırağında
Sağlığıma içsinlər


yazıb. Ölünün, sağlığına içmək! Bu nə isə təzə fikirdir. Ayaz Vəfalı da elə İsa İsmayılzadə ilə həmrəydir:

Gözlə, demə onlarla bir:

“İçək, nuş olsun!”

Yas yerində xristianlar badələri bir-birinə vurmurlar və “nuş olsun!” demirlər, sadəcə ölənə rəhmət oxuyurlar.

Qeyd edək ki, Səyavuş Məmmədzadə və Əliağa Kürçaylı yad etmə mərasimini daha düzgün göstəriblər.

Orijinalda olan daha bir məqama diqqət yetirilməli idi: müəllif müraciət etdiyinin kim olduğunu göstərmir və onun yalnız gözləməsini arzulayır. Xəlil Rza Ulutürk bunu nəzərə almamışdır. Onun tərcüməsində bayaq misal çəkdiyimiz parçadakı “ey nigar”dan başqa məktub yazdığı şəxsi “gülüm”, “ömrüm-günüm”, “qolum-qanadım” adlandırır, bu isə prinsipial baxımdan düzgün hesab edilə bilməz; çünki şeirdə bir məxfilik ovqatı var, əsgəri gözləyəcək şəxsin kim olduğu bəlli deyil. Ayaz Vəfalının da bir yerdə “gülüm, qəm yemə” yazıdığını yuxarıda göstərmişdik.

Qəti olaraq söyləmək olar ki, formanın saxlanmadığını və “yad etmə”nin “ehsan”la əvəz edildiyini nəzərə almasaq, ən dəqiq tərcümə Anarın tərcüməsidir.

Yaxın keçmişimizdə xarici ölkə şairlərinin əsərləri nəşriyyatların planlarına salınırdı və onların böyük əksəriyyətini elə həmin nəşriyyat işçiləri tərcümə edirdilər, bəzən bu işə başdansovdu yanaşırdılar. İndi nə plan var, nə də qonorar xatirinə tərcümə etmək. Təzə
tərcümələr azdır, köhnələrin əksəriyyəti isə yuxarıda göstərdiyimiz kimidir.

Mütəxəssislər heç olmazsa görkəmli şairlərin əsərlərinin tərcümələrinə bir daha nəzər salsınlar, onları redaktə etsinlər, kobud səhvləri düzəltsinlər, yoxsa gələcəkdə vəziyyət daha da pis ola bilər. Gələcək nəsil dünya ədəbiyyatının şedevrlərini bizim dildə yararsız poeziya nümunələri kimi oxumağa məcbur olar.

Şair Ayaz Vəfalı rus şairinin bir şeirinin 6 tərcüməsini redaktoru olduğu qəzetdə nə üçün verdiyini göstərməsə də, Səməd Vurğundan misal gətirib. Rusiya şeirinin şah əsərinin Vaqifin şirin dilinə çevrilməsindən danışıb. Beləmi olur Vaqifin şirin dilinə tərcümələr?

525-ci qəzet

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG