Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:29

Bashar Assad terrorçuların dialoqa mane olduqlarını deyir


Suriya prezidenti Bashar Assad ölkədə davam edən zorakılıqları dayandırmağa hazır olduğunu, amma terrorçuların buna mane olduqlarını bildirib.

O bunu şənbə günü Dəməşqdə BMT-nin Suriya üzrə xüsusi elçisi Kofi Annanla görüşdə deyib.

Assad qeyd edib edib ki, terrorçuların ölkədə xaos yaratdıqları bir şəraitdə uğurlu dialoq mümkün deyil.

Qahirədə isə Ərəb Dövlətləri Liqası ölkələri xarici işlər nazirlərilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşüb.

O həmkarlarını inandırmağa çalışıb ki, Moskva bu münaqişədə hər hansı bir rejimin tərəfini saxlamır.

Qərb agentlikləri yazır ki, Lavrov bununla Suriyaya beynəlxalq təzyiqlərin artdığı bir şəraitdə
Rusiyanın hgərəkətini müdafiə etməyə çalşır.

Müxalifət fəalları isə bu gün Türkiyə ilə sərhəddə yerləşən İdlib Əyalətində daha 12 adamın öldürüldüyünü xəbər verirlər.
XS
SM
MD
LG