Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33

Kofi Annan Dəməşqdə Bashar Assadla görüşüb


Şənbə günü Dəməşqdə Suriya prezidenti Bashar Assadla BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi , BMT-nin keçmiş baş katibi Kofi Annan arasında görüş olub.

Dövlət televiziyası danışıqların müsbət ab-havada keçirildiyini xəbər verir.

Hələkik görüş barədə ətraflı məlumat verilmir.

Ərəb Dövlətləri Liqası ölkələri xarici işlər nazirləri isə Qahirədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməlidirlər.

ABŞ Dövlət katibi Hillary Clinton cümə günü bir daha Suriyanın əsas müttəfiqlərindən biri
Rusiyanı böhranın həllində konstruktiv rol oynamağa çağırıb.

O həmçinin Suriya hərbçilərini öz xalqına qarşı silah işlətməməyə çağırıb.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kürləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 7500-dən çox adamın öldürüldüyünü deyir.

Müxalifət fəalları isə ölənlərin 8 mindən artıq olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG