Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:35

Əfqanıstanın xarici işlər naziri Qətərə 10 günlük səfərə gedir


Əfqanıstanın xarici işlər naziri Zalmay Rasul milli barışığın perespektivlərini müzakirə etmək üçün yaxın zamanlarda Qətərə yollanacaq.

Artıq xeyli vaxtdır ki, Qətərdə ABŞ və Taliban nümayəndələri arasında qeyri-rəsmi danışıqlar aparılmasıyla bağlı məlumatlar dolaşır.

10 gün Qətərdə olacaq əfqanıstanlı nazir ölkədə sülh prosesinin inkişafı yollarını müzakirə edəcək.

Taliban bu ilin yanvarında sülh danışıqları aparmaq üçün Qətərdə siyasi ofis açacağını bəyan edib.
XS
SM
MD
LG