Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:25

Rusiyada ədalətli seçki tələbilə mitinqlər keçirilir


Şənbə günü Moskvada “Ədalətli seçki” kampaniyası çərçivəsində növbəti mitinq keçirilir.

Mitinqin keçirildiyi Yeni Arbat və digər küçə və meydanlara polis qüvvələri çıxarılıb.

Yeni Arbat və Manejnaya meydanları dəmir sədlərlə bağlanıb.

Mitinqdə müxalifət fəalları, siyasətçilər, jurnalist və bloggerlər iştirak edirlər.

Müxalifət martın 4-də keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını deyir.

Həmçinin ölkənin digər vilayətlərində eyni tələblə mitinqlər keçirilir.
XS
SM
MD
LG