Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:24

Xatirə Nurgül. Geriyə say fəlsəfəsi


Onda ömrün sonu idi
Hamı ağaclara yazdı adını son dəfə
Son ağaca qıymayıb
havaya yazdım adımı mən
silindi adım baxışlarımı çəkəndə

Bir neçə il geri atdı
həyat bizi
daraldıb səbrimizi
Onda ki, anlamağa başlayırdıq
ümidin də ömür kimi
qısaldığını

Saçlarıma təzə qarışırdı
rənglərin ağlığı
hərdən ağlamağım da tuturdu
yadıma salanda uşaqlığı
Daha neçə on il geri
Artıq unutdum illəri

Yenicə atılmışam həyata
önümdə bir ömürlük gələcək
"gənclik heç zaman bitməz ki…"

İndi azadam…
Divar kağızlarına istədiyim qədər
rəsim çəkirəm– quş rəsmi
hələ bilmirəm sözlərin anlamını
Quş qədər azadam.

Günün bütün mövzuları

XS
SM
MD
LG