Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:12

Kofi Annan Dəməşqdə Bashar Assadla görüşür


Beynəlxalq aləm Suriyada qan tökülməsini dayandırmağa çalışır.
BMT-nin keçmiş baş katibi Kofi Annan şənbə günü Dəməşqdə Suriya prezidenti Bashar Assadla görüşməlidir.

Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri isə Qahirədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəklər.

ABŞ Dövlət katibi Hillary Clinton cümə günü bir daha Suriyanın əsas müttəfiqlərindən biri
Rusiyanı böhranın həllində konstruktiv rol oynamağa çağırıb.

O həmçinin Suriya hərbçilərini öz xalqına qarşı silah işlətməməyə çağırıb.

Suriya müxalifətinin liderləri Kofi Annanın prezident Bashar Assadla dialoqa getmək çağrışını rədd edib.

Şənbə günü Suriyada daha 3 adamın öldürüldüyü xəbər verilir.

Türkiyə ilə sərhəddəyerləşən İdlib əyalətində su, rabitə və elektrik enerjisinin kəsildiyi xəbər verilir.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kürləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 7500-dən çox adamın öldürüldüyünü deyir.

Müxalifət fəalları isə ölənlərin 8 mindən artıq olduğunu deyirlər.
XS
SM
MD
LG