Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:21
«Eurovision 2012» mahnı müsabiqəsinə biletlərin qiymətini yarışmanı keçirən yayımçı - İctimai Televiziya müəyyənləşdirir. Avropa Yayım Birliyinin tələbi odur ki, qiymətlər müxtəlif səviyyədə - biletlərin azı 1/3-i beynəlxalq bazar, 2/3-si isə yerli bilet alıcıları üçün çatımlı olsun».

Bunu «Eurovision 2012»nin təşkilati rəhbəri Sietse Bakker AzadlıqRadiosunun «Eurovision» biletlərinin qiyməti müəyyənləşdirilərkən yerli əhalinin maaşının nəzərə alınıb-alınmamasına dair sorğusuna cavabında bildirib.

QİYMƏTLƏR CİBƏ UYĞUNDUR

S.Bakker ötən illərin mahnı müsabiqələri ilə Bakı-2012-də biletlərin qiymətini də müqayisə edir:

Yarımfinallar + Əsas Məşq Final + Əsas Məşq Hər şou üçün bilet sayı
Ucuz Baha Ucuz Baha
Moskva - 2009 € 18 € 445 € 22 € 667 20000
Oslo - 2010 € 38 € 75 € 100 € 200 18000
Düsseldorf - 2011 € 29 € 119 € 89 € 189 32000
Bakı - 2012 € 30 € 150 € 60 € 240 17000
Biletlərin orta qiyməti € 29 € 197 € 68 € 324

S.Bakker bildirir ki, «Eurovision» mahnı müsabiqəsinə gələn hər kəs 2.5 saatlıq yarımfinal və 3.5 saatlıq final şoularında olur:

«Madonna və ya Lady Gaga kimi pop ulduzların daha qısa konsertləri ilə müqayisədə (bu konsertlərdə qiymətlər adətən €100- €200 yaxud daha bahadır) «Eurovision» biletləri daha münasibdir. Bu qiymətlər müxtəlif maliyyə imkanı olan şəxslərə «Eurovision» müsabiqəsinin canlı şoularında yaxud məşqlərində iştirak üçün şərait yaradır».

Şərhləri göstər

XS
SM
MD
LG