Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:25

Obama Putinə zəng edib



ABŞ prezidenti Barack Obama Rusiyada yeni prezident seçilmiş Vladimir Putinə zəng edib. Bu, martın 4-də keçirilən prezident seçkisindən bəri iki lider arasında ilk telefon danışığıdır.

Obamanın sözçüsü Josh Earnest bildirir ki, ABŞ prezidenti Putinə təyyarə ilə səfər zamanı zəng edib. Amma telefon danışığının məzmunu haqqında məlumat verilmir.

Ağ evin sözçüsü dünən də bildirib ki, Rusiyada prezidentin kim olmasından asılı olmayaraq ABŞ bu ölkə ilə əlaqələrini davam etdirəcək.

Elə bu gün Rusiya müxalifəti ABŞ Dövlət Katibi Hillary Clintonu Putin təmiz qələbə qazanıb“ sözlərinə görə tənqid ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG