Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:13

Nobel mükafatını verənlər tənqidləri rədd etdilər (Bəyanat)


Mükafatın Barak Obama, Tereza ana, Albert Qor, Liu Xiaobo-ya verilməsi tənqid edilirdi. Nobel Fondu yaydığı bəyanatda...

Obama Nobel Sülh mükafatını alır, 10 dekabr, 2009
Obama Nobel Sülh mükafatını alır, 10 dekabr, 2009
Nüfuzlu Nobel mükafatını verən Nobel Fondu Sülh Mükafatının qaliblərinin seçim prosesi haqda səsləndirilən son tənqidləri rədd edib.

Fondun yaydığı bəyanatda deyilir:

“Sülh Mükafatı laureatının müəyyən olunmuş kriteriyalara cavab verməməsinə dair geniş müzakirələrə baxmayaraq, Fond düşünmür ki, Norveç Nobel Komitəsi mükafat barədə qərarlar qəbul edərkən məramından yayınıb”.

NOBEL ƏSLİNDƏ NƏ VƏSİYYƏT EDİB?

İsveç hakimiyyət orqanları fonda müraciət etmişdi ki, hüquqşünas, “Nobel sülh mükafatı: Nobel əslində nə istəyirdi?” kitabının müəllifi Fredrik Heffermehlin iddialarını tədqiq etsin. İddiaya görə, Norveç Nobel Komitəsi Alfred Nobelin 1895-ci ildə vəsiyyətnaməsində yazdığı istəklərdən çox kənara çıxıb, düz yoldan uzaqlaşıb.

Heffermehl iddia edir ki, Norveç komitəsi 2010-cu ildə Çin dissidenti Liu Xiaobo kimi hüquq müdafiəçilərini, 2007-ci ildə Al Gore ətraf mühit müdafiəçilərini və BMT-nin hökumətlərarası İqlim Qurumunu (IPCC), eləcə də 1979-cu ildə Tereza Ana kimi xeyriyyəçiləri mükafatlandırmaqla Nobelin arzularına dönük çıxıb. 2009-cu ildə cəmi bir neçə ay hakimiyyətdə olan ABŞ prezidenti Barak Obamanın bu mükafata layiq görülməsi də böyük tənqidlərə səbəb olub.

“NOBEL KOMİTƏSİ BU MÜKAFATI ÖZÜNÜNKÜLƏŞDİRİB”

Heffermehl Nobel Fondunun martın 8-dəki bəyanatından hiddətlənib:

“Nobel Komitəsi bir daha təsdiqlədi ki, bu mükafatı özününküləşdirib, onun mahiyyətini özbaşına müəyyənləşdirdiyi “Sülh” termini çərçivəsinə salıb və bir daha Nobelə, onun bu mükafatla bağlı istəklərinə etinasızlıq göstərib”.

Öz vəsiyyətnaməsində Nobel şərt qoyur ki, Sülh Mükafatı ö şəxsə və ya təşkilata verilməlidir ki, o, “millətlərarası dostluğun yaradılmasında, hərbi qüvvələrin ləğvi və ya azaldılmasında və sülh qurultaylarının təşkili və ya təbliğində böyük işlər görmüş olsun”.

Heffermehl bildirib: “Norveç Komitəsi düşünür ki, vəzifəsi sadəcə sülh mükafatını verməkdən ibarətdir - Nobelin istəyi, vəsiyyəti nəzərə alınmadan”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG