Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Suriya ordusunun generalları Türkiyəyə qaçıb


Suriya silahlı qüvvələrinin beş zabiti, o cümlədən iki generalı martın 9-da Türkiyəyə qaçıb. Türkiyə rəsmiləri son iki gündə Suriyanı çox sayda adamın tərk etdiyini bildirirlər.

Bəzi məlumatlara görə Suriyanın Neft nazirinin müavini də ölkədən qaçıb.

Hökumətin etiraz aksiyası iştirakçılarına qarşı repressiyalarına görə 12 mindən çox suriyalı Türkiyəyə qaçıb sərhəddə qurulan çadırlarda yaşayır.

Suriya Milli Şurasının lideri də Assad rejimi ilə hər hansı danışıqların mümkün olmadığını bəyan edib.

Son bir ildə Suriyada prezident Assadın istefası tələbilə keçirilən aksiyalara hökumətin müdaxiləsi ilə BMT 7500-dən çox adamın həlak olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG