Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31

Bolqarıstanın Baş naziri keçmiş hökumət üzvlərini bonusları geri qaytarmağa çağırır



Bolqarıstanda sağ-mərkəzçi hökumətin rəhbəri əvvəlki hökumət üzvlərini də aldıqları bonusları geri qaytarıb ölkənin üzləşdiyi borc böhranının həllinə yardım etməyə çağırır. Baş nazir Boiko Borisov bundan əvvəl öz hökumətinə daxil olan şəxslərdən aldıqları 300 000 avro bonusu geri almağa nail olub.

Ölkədə keçirilən sorğularda hökumətin reytinqinin 2 faiz aşağı düşməsi və rəsmilərin aldıqları iri məbləğdə bonuslara görə ictimai narazılığın alovlandığı bir vaxtda Baş nazir rəsmilərdən tələb edib ki, ya bonusları geri qaytarsınlar, ya da işdən atılacaqlar. Bundan sonra büdcəyə 300 000 avro qaytarılıb.

İndi Baş nazir özündən əvvəlki hökumətin üzvlərindən də aldıqları bonusu geri qaytarmalarını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG