Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:34

2011-ci ildə səhiyyəyə 563 milyon ayrılıb


İldən-ilə səhiyyəyə daha çox büdcə vəsaiti ayrılır. Bunu Yeni Azərbaycan Partiyasını saytına səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

«2003-cü illə müqayisədə 2011-ci ildə bu vəsait təxminən 10 dəfə artaraq 563 milyon manatdan artıq olub. Bu da respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaradıb».

Nazir müavini son illər Azərbaycanda səhiyyə müəssisələrinin tikintisi ilə bağlı da məlumat verib:

«Son 5 il ərzində 400-dən artıq səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Təkcə ötən il Respublika Klinik Uşaq Xəstəxanasında, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 4 korpusunda, 3 nömrəli Klinik Uşaq Xəstəxanasında, Respublika Klinik Xəstəxanasında, 3 nömrəli şəhər Klinik Xəstəxanasında, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında, Şirvan şəhər Mərkəzi Xəstəxanasında, Bərdə rayon Doğum evində, Bakı şəhərinin 16, 18, 20 nömrəli poliklinikalarında, 3 nömrəli uşaq poliklinikasında təmir və yenidənqurma işləri aparılmış, Ağdaş, Şəki, Tovuz, Daşkəsən, Şabran rayonlarında yeni mərkəzi xəstəxanalar, Ucarda Uşaq Xəstəxanası tikilib istifadəyə verilmişdir».

Nazir müavini bildirib ki, 2011-ci ilin yanvarından bəri Səhiyyə Nazirliyi 3035 həkim 38 ixtisas üzrə test imtahanından və ikinci mərhələdə aparılan müsahibədən keçərək sertifikat alıb. İndi orta tibb işçilərinin də test imtahanlarına cəlb olunması üçün hazırlıq gedir.
XS
SM
MD
LG