Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:30

Pnevmoniyaya qarşı peyvəndin tətbiqi planlaşdırılır


Yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır.

Bu barədə Yeni Azərbaycan Partiyasını saytına Səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.

«Azərbaycanda müstəqilliyin ilk illərində, uşaqlar cəmi 5 yoluxucu xəstəliyə qarşı peyvənd edilirdi. Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq neçə illərdir ki, bu xəstəlikdən azad diyara çevrilmişdir».

Nazir müavininin dediyinə görə, 2011-ci ildə Azərbaycanda difteriya, qızılca xəstəlikləri qeydə alınmayıb, epidemik parotit xəstəliyi 27% azalıb, kəskin bağırsaq infeksiyalarında alovlanma qeyd olunmayıb. O əlavə edib ki, malyariya xəstəliyi praktiki ləğv olunma səviyyəsindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG