Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02

Fransanın mədəniyyət naziri Bakıya gəlir


Fransanın mədəniyyət naziri Frederik Mitteran martın 9-da Bakıya ikigünlük səfərə gəlir.

Martın 10-da fransalı nazirin iştirakı ilə Bakı İncəsənət Muzeyində «Plaisirs de France» adı altında Fransa tətbqiqi sənət incilərindən ibarət sərginin açılışı olacaq. Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Sərginin açılışı haqqında razılaşma ötən il Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransanın mədəniyyət naziri Frederik Mitteranla Parisdə görüşü zamanı əldə olunub.

2 ay nümayiş olunacaq sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir./Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG