Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:31

Rasmussen Putini təbrik edib


NATO-nun baş katibi Anders Fogh Rasmussen telefonla Rusiyanın baş naziri Vladimir Putini prezident seçilməsi münasibətilə təbrik edib.

NATO-nun bəyanatında deyilir ki, liderlər yaxın vaxtlarda görüşmək razılığına gəliblər.

Vladimir Putin NATO ilə xoş və sabit münasibətlərdə qərarlı olduğunu bildirib.

Öz növbəsində Rasmussen NATO ilə Rusiyanı Avropada raket əleyhinə müdafiə sistemində razılığa gəlməyə çağırıb.

Qərb Avropada hava hücumlarından müdafiə sistemləri yerləşdirmək istəyir.

Dəfələrlə bu ideyanı tənqid edən Rusiya hesab edir ki, bu sistem ona qarşı yönəlib.
XS
SM
MD
LG