Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:12

Khamenei Obamanın bəyanatını alqışlayıb


İranın ali dini lideri Ali Ayatolla Khamenei ABŞ prezidenti Barack Obananın İranla bağlı bəyanatını alqışlayıb.

Barack Obama bəyan edib ki, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti hələ ki, hərbi yox, diplomatik yolla həll etmək olar.

Obama çərşənbə axşamı bildirib ki, İranın nüvə proqramı hələlik birbaşa təhlükə törətmir.

O bu məsələnin hərbi yolla həlli tərəfdarlarını tənqid edib.

BMT təhlükəsizlik şurasının 5 daimi üzvü və Almaniya həftənin əvvəllərində İranın nüvə proqramıyla bağlı danışıqları bərpa etmək qərarına gəliblər.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran itihamıə rədd edir.
XS
SM
MD
LG