Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:45

Sarkozy erməni diasporuna söz verib


Fransa prezidenti Nikolas Sarkozy Osmanlı imperiyası dövründə ermənilərin soyqırımına məruz qalmasını dananların cinayət məsuliyyətinə cəlb olunmasıyla bağlı qanunun qəbuluna çalışacağını bildirib.

O bunu Yelisey sarayında erməni diasporunun nümayəndələrilə görüşdə deyib.

Fransa parlamentinin bu yaxınlarda qəbul etdiyi qanunda erməni soyqırımını inkara görə 1 il həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Amma sonda ölkənin Konstitusiya məhkəməsi bunun soz azadlığına zidd olduğunu əsas gətirərək qanunu rədd edib.

Analitiklər hesab edirlər ki, Sarkozy bununla bu ilin aprelində keçiriləcək prezident seçkisində ölkədə yaşayan etnik ermənilərin dəstəyini qazanmağa cəhd göstərir.

Hazırda Fransada 600 min erməni yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG