Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:48

Suriya neft nazirinin müavini müxalifətin tərəfinə keçib


Suriya neft nazirinin müavini Abdo Hussameddinin istefa verərək müxalifətin tərəfinə keçib.
O Youtube-da yerləşdirilmiş videoda Bashar Assad rejimini cinayətkarlıqda ittiham edir.

BMT-nin hümanitar məsələlər üzrə idarəsinin rəhbəri Valerie Amos Homs şəhərində acınacaqlı hümanitar vəziyyət yarandığını xəbər verir.

Şəhərə baş çəkmiş BMT rəsmisi bir neçə məhəllənin dağıdıldığını deyir.

Müxalifət fəalları son günlər şəhərdə yüzlərlə adamın öldürüldüyünü xəbər verirlər.

ABŞ dövlət katibi Hillary Clinton bildirib ki, Vaşinqton və onun müttəfiqləri Suriya müxalifətinə kömək etmək üçün Assad rejiminə təzyiqləri artıracaqlar.

Pentaqon rəhbəri Leon Panetta isə hələlik Suriyaya hərbi müdaxilənin nəzərdə tutlmadığını bəyan edib.

Rusiyanın BMT-ki elçisi Vitali Çurkin isə təhlükəsizlik şurasının iclasında Suriya üsyançılarının Livanda xüsusi təlim keçdiklərini bildirib.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kürləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 7500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG