Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:49

ABŞ silahlı qüvvələrində intihar halları 80 faiz artıb


İntihar edənlərin əksəriyyəti İraq müharibəsinin şahidləridir

İntihar edənlərin əksəriyyəti İraq müharibəsinin şahidləridir

İraqda başlanan hərbi münaqişədən sonra ABŞ silahlı qüvvələrində intihar halları 80 faiz çoxalıb.

Bu barədə ABŞ silahlı qüvvələrinin sağlamlığı departamentinin apardığı araşdırmada belə deyilir.

Araşdırmanın nəticələri ilk dəfə martın 7-də «Injury Prevention» jurnalında dərc edilib.

Məlumatda qeyd olunur ki, intihar edən 3 əsgərdən 2-si 2004-2008-ci illər İraq müharibəsinin şahidləri olublar.

İntihar edənlərin əksəriyyəti aşağı rütbəli gənc hərbçilərdir. Onların da çoxunun depressiyaya düşdüyü və digər psixoloji pozuntuları olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG