Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:12

Qubada fırtınadan əvvəlki sakitlik və Saakashvilinin yaratdığı narazılıq...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzetinə görə, Qubadakı «proseslər fırtınadan əvvəlki sakitliyə bənzəyir».

Qəzet yazır ki, «vaxtilə kifayət qədər zənginləşmiş və oliqarxların istirahət məkanı olan bu rayonda baş verənlər daha çox «yağlı tikə» uğrunda mübarizəyə və bölgələrin «kuratorlarının» dəyişdirilməsi prosesinin tərkib hissəsinə bənzəyir. Bu isə heç də hamar getmir».

«Yeni Müsavat» qəzeti Gürcüstan prezidenti Mixeil Saakashvilinin martın 7-də Milli Məclisdəki çıxışından yazır. Qəzetə görə, «Saakaşvili Azərbaycanı qarışdırdı». Qəzet yazır ki, «Gürcüstan prezidentinin Rəsulzadəni Azərbaycan dövlətinin banisi adlandırması hakim çoxluğun etirazına və gizli narazılığına səbəb oldu».

«Azadlıq» qəzeti də yazır ki, «Gürcüstan prezidentinin parlamentdə Rusiyanı sərt tənqid etməsi və Rəsulzadədən sitat gətirməsi hakimiyyəti qorxutdu».

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur». Qəzetə görə, «xarici ölkələrin nümayəndələri ölkəmizdəki irəliləyişləri görüb dəyərləndirdikləri halda, daxildəki bəzi qüvvələr mövcud inkişafı görmək istəmir, hətta başqalarının görməsinə də mane olmağa çalışırlar».

«Azərbaycan» qəzeti son beş ildə ölkədə sürücülük vəsiqəsi alan qadınların sayının artdığını yazır. «Belə ki 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2011-ci ildə 6445 nəfərə çatıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG