Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53
«Nestle» şirkəti confectioneryNews.com portalına təsdiqləyib ki, «təchizat problemləri» səbəbindən Azərbaycanda bütün məhsul növlərinin ticarətini dayandırıb.

Yerli medianın versiyasına görə, bu, «Nestle»nin regional auditindən sonra «Nestle»nin təchizatçı şirkəti olan «Aylin» və Azərbaycanın gömrük orqanları arasında sistematik korrupsiyanın sübutudur.

«Nestle Rossiya LLC»nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Marina Zibareva sayta deyib:

«NESTLE MƏHSULLARI BİR NEÇƏ AYA ÇATAR»

«2012-ci il yanvarın 1-dən «Nestle» Azərbaycana məhsulların təchizatını bəzi problemlərə görə dayandırıb».

O, əlavə edib ki, hazırda dövriyyədə olan «Nestle» məhsulları bir neçə aya bəs edər, ancaq Azərbaycana yeni məhsulların nə vaxt göndəriləcəyinin tarixini açıqlamayıb.

«Biz Azərbaycana məhsulların mümkün qədər tez çatdırılması üçün bütün cəhdləri edirik», Zibareva deyib.

«Nestle»nin Azərbaycanda fabriki yoxdur və onun məhsullarını bazara yerli distributorlar çatdırır.

«Nestle məhsullarının çatdırılması ilə bağlı çətinliklər ancaq Azərbaycana aiddir. Şirkət digər MDB ölkələrinə məhsulların göndərilməsini davam etdirir», Zibareva belə deyib.

O, «Nestle» şirkətinin hazırkı mərhələdə hər hansı şərh vermək istəmədiyini deyib.

Şərhləri göstər

XS
SM
MD
LG