Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:32

ABŞ hələlik Suriya müxalifətinə hərbi dəstəyi nəzərdən keçirmir


Birləşmiş Ştatlar Suriya müxalifətinə kömək edə bilər, amma hələlik ona silah və sursat göndərilməsini nəzərdən keçirmir.

Bunu Birləşmiş Ştatların müdafiə naziri Leon Paneta bildirib.

O həmçinin ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin mümkünlüyünü rədd edib və qeyd edib ki, hərbü müdaxilə üçün daha geniş beynəlxalq dəstək lazımdır.

Leon Panetta hesab edir ki, indiki şəraitdə belə bir müdaxilə ölkədəki vəziyyətə pis təsir göstərə bilər.

Amma nazir istefa vermək üçün ölkəsinin prezident Bashar Assada təzyiqləri artıracağını qeyd edib.
XS
SM
MD
LG