Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:07

Qədim Çin nəsri nümunələri (Tərcüməçidən)


.
Seyfəddin Hüseynli ruscadan tərcümə edib


(Tərcüməçidən)

"Oxu Zalı"nın oxucularına təqdim olunan bu novellaları çinli söz ustaları hələ dünyanın bir sıra xalqlarının ümumiyyətlə yazılı ədəbiyyatının meydana gəlmədiyi bir dövrdə yaradıblar.

Zahirən çox sadə, adi, bir az da ibtidai təsir bağışlayan bu "qeydlər" əslində qədim Çin insanının özünəməxsus dərin fəlsəfi-bədii təfəkkürünün kiçik, amma tutumlu
daşıyıcısıdır.

Onları diqqətlə oxuduqda məlum olur ki, Çin fəlsəfəsi dünya fəlsəfi fikrinə böyük təsir göstərdiyi kimi, çin xalqının minilliklər ərzində yaratdığı bədii sənət nümunələri də başqa xalqların ədəbiyyatına təsirsiz ötüşməyib.

Qədim Çin ədəbiyyatında, konkret olaraq, nəsrində mövzuya sırf bədii prizmadan yanaşmanın, sözlə peşəkar davranışın saysız izləri, bəzən bütöv konfiqurasiyaları var. Əski Çin nəsrinə xas bir sıra cəhətlərə, məzmun və struktur elementlərinə, ayrı-ayrı süjetlərə yüzillər, hətta min-min beş yüz il sonranın ədəbiyyatında bol-bol rast gəlir, oxuyur, heyrətlənirik.

Amma bu, "yeni" keyfiyyətlərin kökündən, mənşəyindən, ilkin məkanından, ən nəhayət, onların qədim Çin bədii nəsrindən gəlməsindən əksərən xəbərimiz olmur.

Xüsusən süjetlərin, obraz və xarakterlərin ciddi yaxınlığını nəzərə alanda minlərlə kilometr məsafənin, yüzilliklərin fərqləndirdiyi məkan və dövrlərdə yaşayan insanların düşüncələri, hissiyyatı, təfəkkür tərzi, istəkləri arasındakı oxşarlıq dərin heyrət doğurur. Bu baxımdan, "Alt çənə" novellasını bütün Şərqdə yayılan Molla (Xoca) Nəsrəddin lətifələrinin "çinli əcdadı" saymaq olar.

Yaxud "Səfehlər kəndi"ndə baş verənlərlə Azərbaycan və dünyanın digər xalqlarının məişət nağılları arasındakı eyniliyi görməmək üçün gərək ədəbiyyatdan, folklordan tamamilə xəbərsiz olasan.

"Qabaqcadan bilinən evliliy"in əsas ideya xətti insanın alın yazısından qaça bilməməsi, taleyin, qismətin qarşısında gücsüzlüyüdür.

Bu ideyanın təsirilə təxminən min il sonra, xüsusən Latın Amerikası ölkələrindən çıxan nəhəng yazıçıların qələmilə, bütün zamanların ən dəyərli roman və hekayələri yaradıldı.

"Paytaxtlı alimin sərgüzəşti" novellasının müəllifi Xuanfu Şini isə güclü və sağlam yumor hissinə, duzlu qələminə görə, tam ixtiyarla, birbaşa böyük Qoqolun və ölməz Mirzə Cəlilin sələfi saymaq olar.

Xuanfu Şinin "mən, mən" deyib, sinəsinə döyən, danışanda ağzına çullu dovşan sığışmayan, əslində isə miskin, qorxaq personajı Qoqolun "Kolyaska", Mirzə Cəlilin "Qurbanəli bəy" əsərlərinin qəhrəmanlarının çox-çox əski nüsxəsidir.

Qədim Çin novellaları haqda, müxtəsərcə, bu qədər. Bu "qeydlər"in qalan məziyyətləri isə, oxunduqca, bir-bir özünü nişan verəcək.

I-VI əsrlərin hekayətləri (OXU)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG