Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:06

Ombudsman korrupsiya ilə bağlı şikayətlərin artdığını deyir


 Elmira Süleymanova

Elmira Süleymanova

Martın 7-də Milli Məclisdə ombudsman Elmira Süleymanovanın illik hesabatı müzairə edilib.

Elmira Süleymanova 2011-ci ildə ölkədə korrupsiya və rüşvətlə bağlı müraciətlərin artdığını
bildirib.

O şikayətlərin əsasən vəzifəli şəxslərin qanunsuz hərəkətləri, qanunçuluq, hüquq qaydaları, vətəndaşların hüquqi və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanları və təşkilatların fəaliyyətindən olduğunu deyib.

Ombudsman ötən il 10 mindən artıq müraciətə baxıldığını və lazımi addımlar atıldığını bildirib.

Ombudsman məruzəsində hərbi çağırış sistemində rüşvət hallarına toxunub və bu sahəyə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edib.

O, mənzil-kommunal təsərrüfatı sistemində də islahatlar aparılması, mənzil-kommunal istismar sahələrinin ləğv edilməsi və səlahiyyətlərinin bələdiyyələrə verilməsi, ünvanlı dövlət sosial yardımlarının təyin və təmin edilməsi mexanizmlərinin təkmilləşdirliməsini təklif edib.

Parlament ombudsmanın hesabatını qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG