Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:22

Hökumət piratçılığı 8-20 faiz azaltdığını bildirir


Ötən il Azərbaycanda piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 21 faiz, audio-video məhsul bazarında 20 faiz, proqram təminatında 8 faiz aşağı düşüb.

Bu, Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi illik hesabatda bildirilir.

Hesabata əsasən son illərdə Azərbaycanda 15 mindən artıq pirat SD, DVD, audio və videokaset satış şəbəkələrindən çıxarılıb.

Ötən il Müəllif Hüquqları Agentliyində 512 əsər qeydiyyatdan keçirilib, rəqəmli multimedia kitabxanasında 1000-dən artıq folklor nümunəsi və mədəni irsə aid olan materiallar toplanıb.

2011-ci ildə istifadəçi təşkilatlar tərəfindən 110 min manatdan artıq müəllif qonorarı elektron kartlar vasitəsilə müəlliflərə ödənilib.
XS
SM
MD
LG