Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04

Sarkisyan Azərbaycandan Brüsselə şikayət edir


Serj Sarkisyan və José Manuel Barroso

Serj Sarkisyan və José Manuel Barroso

Ermənistan prezidenti Serj Sarkisyan Brüssel səfərində Azərbaycandan şikayət etməkdə davam edib.
Bu dəfə Avropa Komissiyasının sədri Jose Manuel Barrosoya şikayət edib ki, Azərbaycan görünməmiş həddə silah alır, müharibə təbliğatı aparır.

Barroso ilə görüşən Sarkisyan deyib : “Qarabağ danışıqları müharibə təbliğatı, xaricilərə nifrət - ksenofobiya və görünməmiş həddə silah almaqla bir araya sığmır”.

Sarkisyan xəbərdarlıq da edib. O deyib ki, “Müharibə oyunu oynayanlar indiyə kimi tarixin dərslərini öyrənməli idilər”.

Barrosodan əvvəl NATO –nun baş katibi Anders Rasmussenlə görüşən Sarkisyan demişdi ki, Azərbaycan prezidenti erməniləri azərbaycanlıların bir nömrəli düşməni adlandırıb, dünya ictimaiyyəti bu məsələyə qiymət verməlidir.

Sarkisyan demişdi ki, Azərbaycan rəhbərliyi ermənilərə nifrət toxumu səpir.

Martın 5-dən 7-nə qədər Brüsselə səfər edən Ermənistan prezidenti NATO, Avropa Komissiyası, Avropa Parlamenti rəhbərləri ilə görüşüb.
Bu görüşlər haqda məlumatlarda onun Azərbaycandan şikayətləri, eləcə də demokratik seçki keçirmək kimi vədləri yer alıb.

Bəs Sarkisyanın Avropa Birliyindən, NATO-dan da umacaqları və ya iradları varmı?

Sarkisyanın Konrad Adenauer Fondunda geniş çıxışı jurnalistlər üçün açıq olub.
Sarkisyan burdakı çıxışında Ermənistanı qıraqda qoyan iqtisadi layihələri tənqid edib.

Sarkisyan deyib ki, Ermənistanı qıraqda qoyan layihələr Qafqazda bölgünü saxlayır.
Ermənistan prezidentinin sözlərinə görə, hamını enerji resursları maraqlandırır, ancaq bu resursların nəyə sərf olunması maraqlandırmalıdır. Enerji resurslarının regionu yeni qaynar nöqtəyə çevirməsinə imkan verilməməlidir.

Sarkisyan Türkiyə ilə yaxınlaşma prosesinin indiki vəziyyətinə də toxunub.
O deyib ki, Türkiyə ilə Ermənistanın yaxınlaşmağında onun ən pis gözləntiləri özünü doğrultdu.

Sarkisyanın sözlərinə görə, hazırda bu proses başlandığı start vəziyyətindən də geriyə düşüb.
O deyib ki, indi Ermənistanda elə bir siyasi qüvvə tapılmaz ki, Türkiyəyə ciddi və etibarlı tərəfdaş kimi baxsın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG