Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

BMT rəsmisi Dəməşqdə Suriyanın xarici işlər nazirilə görüşüb


BMT-nin hümanitar məsələlər üzrə idarəsinin rəhbəri Valerie Amos Dəməşqdə səfərdədir.

O bu gün Suriyanın xarici işlər nazirilə görüşüb.

Onun həmçinin 1 aydan çoxdur ki, toqquşmalar gedən Homs şəhərinə baş çəkəcəyi gözlənilir.

İkigünlük səfərdə məqsəd əhaliyə hümanitar yardım çatdırəlmasına nail olmaqdır.

Müxalifət fəalları 3 gündür ki, Homs əyalətindəki Rastan və əl Kuseyr şəhərlərinin atəşə tutulduğunu deyirlər.

Yerli sakinlər qonşu Livana qaçmağa çalışırlar.

Hüquq müdafiəçilərinin məlumatına görə hökumət həmçinin Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinə əlavə qüvvələr yeridir.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət rəzində 7500 adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG