Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:51

Naxçıvanda oxuyan koreyalı tələbələr milli bayram keçirir


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Şərq Qapısı
26.01.2012
Sayı: 16(20.421)

İSA HƏBİBBƏYLİNİN OĞLUNA GENERAL – MAYOR RÜTBƏSİ VERİLİB

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin müavini Səhhət İsa oğlu Həbibbəyliyə gömrük xidməti general – mayoru ali xüsusi rütbəsi verilmişdir.

KOREYALI TƏLƏBƏLƏR MİLLİ BAYRAMLARINI QEYD ETDİLƏR

...Rektor, akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilən bayram tədbirinə universitetin Nigeriyadan, Banqladeşdən, İran İslam Respublikasından, Qazaxıstandan, Türkiyə Respublikasından olan tələbələri də qatılıblar...

...Beynəlxalq münasibətlər ixtisası üzrə 1-ci kurs magistrantı Yanq – Miyunqca bayram haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Yeni ildən sonra ay təqvimi üzrə növbəti Yeni ilin gəlişinin carçısı Sollal bayramı koreya xalqının ən sevimli və ikinci əhəmiyyətli bayramıdır. Hər il birinci ayın ilk günündə bütün ailə milli geyimdə - «xanbok»da bir - birinə bayram diləklərini çatdırmaq və ənənəvi bayram yeməyi olan «ttokkuk» şorbasını dadmaq üçün bir araya gəlir...

Tədbirdə koreyalı tələbələrin ifasında «Azərbaycan» şeiri bədii qiraət olunub.

2011-Cİ İLƏ UĞURLA YEKUN VURULUB

Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədən qeydlər

...Abadlıq və yaşıllaşdırma tədbirləri 2011-ci ildə geniş vüsət almış, Naxçıvan – Sədərək magistral yolunun kənarında 22 hektarda meşəsalma, 46 hektarda isə meşə - bərpa işləri aparılmış, rayonun ərazisində 61 min 654 ədəd ting və gül kolu əkilmişdir....

...Göstərilən qayğı bəhrəsiz qalmamış, 2011-ci ildə 17 min 110 hektar sahədə əkin keçirilmiş, 80 milyon 915 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Rayonda 28 min 70 ton taxıl, 9753,4 ton kartof, 19 min 400 ton tərəvəz, 5 min 180 ton bostan məhsulları, 2 min 110 ton dən qarğıdalı, 72,3 ton günəbaxan, 17 min ton meyvə, 1323,2 ton üzüm məhsulları toplanmışdır.

Bildirilmişdir ki, hesabat dövründə heyvandarlığın inkişafına və heyvandarlıq məhsulları istehsalına da diqqət artırılmışdır. Bu dövrdə diri çəkidə 5 min 865 ton ət, 25 min 690 ton süd, 19 milyon 260 min ədəd yumurta, 175,6 ton yun tədarük olunmuşdur...

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Şəhərlə kənd arasında fərq aradan qaldırılır
- Naxçıvan «Naxçıvan» jurnalında
- Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Kollegiya iclası
- Sığorta işçiləri ötən ilin yekunlarını müzakirə ediblər
XS
SM
MD
LG