Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26

Obama yeni danışıqları İran üçün şans sayır


ABŞ prezidenti Barak Obama bildirib ki, nüvə proqramına görə İranla dünya ölkələri arasında yenidən başlanması gözlənən danışıqlar bu düyünün həlli üçün daha bir imkan yaradır.

Obamanın sözlərinə görə, problemi diplomatik yolla həll etmək mümkün olduğu halda buna imkan yaradılmalıdır.

Barak Obama bunu İsrail rəsmiləri, o cümlədən, baş nazir Benjamin Netanyahu ilə görüşündən sonra Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İranın nüvə proqramıyla bağlı Tehranla danışıqları bərpa etmək təklifini qəbul edib. Qərb güman edir ki, İran nüvə layihəsindən silah əldə etməyə can atır, İran isə bu proqramının sülh məqsədli olmasını bəyan edir.

Obama deyir ki, İranla danışıqların vaxtı və keçiriləcəyi yerlə bağlı hələlik razılaşmayıblar, amma onun fikrincə, danışıqların yeni raundu diplomatik şansların olduğuna işarədir.

Obamanın fikrincə, danışıqlar Irana "müharibə həyacanını" zəiflətmək və böhranı aradan qaldırmaq üçün diplomatik şans yaradır. O, mətbuat konfransında bildirib ki, hərbi əməliyyata qarşıdır.

ABŞ rəhbəri İrana qarşı zəif davranması ilə bağlı Respublikaçıların prezidentliyə namizədlərinin də ona ünvanladığı ittihamı cavablandırıb. Obama konkret ad çəkmədən deyib ki, "Bu oyun deyil. Mən müharibə ilə bağlı ehtiyatsız danışıqları görəndə müharibənin dəyərini xatırladıram".

Günün bütün mövzuları

XS
SM
MD
LG