Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

20 ən varlı bir günə 11 milyard itirdi


Lakshmi Mittal
Lakshmi Mittal
Bir gündə dünyanın ən varlı 20 adamı 11 milyard dollar itirib.
Bunu Bloomberg hesablayıb.

Amerikalı maliyyəçi Buffet 407 milyon dollar itirib.
Onun var-dövləti 44 milyarda düşüb.

Dünyanın ən böyük polad şirkətinin sədri Lakshmi Mittal bir gündə 918 milyon itirib.

Varlıların belə "kasıblamağına" səbəb birjalarda 3-cü gündür ki, davam edən enişdir.
Buna da öz növbəsində səbəb Avropa iqtisadiyatının son rübdə 0,3 faiz azalması haqda statistik məlumat və Yunanıstanın borc problemi ətrafında yaranan vəziyyətdir.

Nəticədə martın 6-da ABŞ-ın S&P500 indeksi 1,5 faiz düşüb.

Səhmlərin belə enişində Avropanın iki satış maqnatı Bernard Arnault və Amancio Ortega hərəyə 1,2 milyard dollar itiriblər.

Moet, Hennessy, Lois Vuitton kimi lüks brendlərin daxil olduğu dünyanın ən böyük lüks mallar şirkətinin sahibi olan Arnaultun var-dövləti 41 milyarda düşüb.

Dünyanın ən böyük paltar satışı şirkətinin sahibi olan Orteganın isə hazırda 37 milyardı var.

Ancaq birjalarda indiki enişə səhm almaqda əlverişli məqam kimi baxanlar da var.
İnvestisiya strateqi Jeffrey Sault Bloombergə deyib ki, “Buffetin narahatlığına səbəb yoxdur. İndi almaq vaxtıdır. Çünki dünya tənəzülə getmir”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG