Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:37
Pakistanlı komediya aktyorunun Kabildə Musiqi Akademiyasının açılması xəbərini “bəzəməsi” əfqanları əməlli-başlı qəzəbləndirib.

Xəbəri şou aparıcısından eşidən aktyor Sohail Ahmad Azizi əvvəlcə “Kabildə nə akademiyası açılıb?” deyə rişxəndlə buna təəccüb edir.

Sonra o, əfqan musiqisindən parçalar səsləndirərkən arada gah dişiylə “qumbaranın halqasını çəkir”, gah “pulemyotdan atəş açır”, bununla da narazı əfqan tamaşaçıların yozumuna görə, Əfqanıstanda Musiqi Akademiyası açılmasının gülməli bir şey olmasına, əfqanların yalnız döyüşməyi bacardığına, yüksək mədəniyyət yaratmağa qadir olmamasına işarə edir.

İki xalqın nümayəndələri – pəncabi və puştunlar bu məsələ ilə bağlı Facebook və Tvitter-də də qızğın mübahisə etməkdədir.

Narazı əfqanlar deyir ki, Pakistanın titul milləti olan pəncabilər çox şovinistdirlər, başqa xalqlara yuxarıdan aşağı baxırlar, aktyorun çıxışı 5 min illik mədəniyyətə malik əfqan xalqının təhqir edilməsidir və burada gülməli şey yoxdur.

Burada onların yadına o da düşür ki, “Pakistan dövləti 20-ci əsrdə yaradılanda artıq Əfqanıstanda dünyada tanınan müğənnilər vardı”...

Bəziləri isə düşünür ki, video milli ədavəti qızışdırmır, heç kimi təhqir etmir və əfqanlar bu zarafatı “həzm edə bilərdilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG