Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

«Azərbaycanda icra başçıları yerlərdə əhalini saymırlar»


«Azərbaycanda icra başçıları yerlərdə əhalini saymırlar, onlarla pis rəftar edirlər. Hər vəzifəyə təyin olunan icra başçısı özü ilə bir dəstə aparır, camaatın gözü qarşısında onları vəzifəyə təyin edir».

Bu sözləri martın 7-də ombudsman Elmira Süleymanovanın Milli Məclisə verdiyi illik hesabat müzakirə edilərkən millət vəkili Sabir Rüstəmxanlı deyib.

Elmira Süleymanova illik hesabatında qeyd edib ki, 2011-ci ildə vətəndaşların korrupsiya və rüşvətlə bağlı müraciətləri artıb. Onun sözlərinə görə, şikayətlərdə vəzifəli şəxslərin qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verilməsi ilə bağlı məlumatlar, qanunçuluğu, hüquq qaydalarını, vətəndaşların hüquq və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanlarının və təşkilatların fəaliyyətindən narazılıqlar əksini tapıb.

Ombudsman deyib ki, ötən il onlar 10 mindən artıq müraciətə baxıblar və şikayətlə bağlı lazımi addımlar atılıb.

Ombudsman məruzəsində hərbi çağırış sistemində yol verilən rüşvət hallarına diqqəti yönəldib və bu sahənin işinə nəzarətin gücləndirilməsini vacib saydığını deyib. O, mənzil-kommunal təsərrüfatı sistemində struktur islahatlarının aparılmasını, mənzil-kommunal istismar sahələrinin ləğv edilməsini və səlahiyyətlərinin bələdiyyələrə verilməsini, ünvanlı dövlət sosial yardımlarının təyin və təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsini təklif edib.

Parlament Ombudsmanın hesabatını qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG