Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:13

Kişilərlə qadınlar birgə çimməlidir


Sarkozy Fransada dünyəvilik prinsiplərinin üstün olmasını istəyir

Sarkozy Fransada dünyəvilik prinsiplərinin üstün olmasını istəyir

Fransa prezidenti Nicolas Sarkozy seçkiqabağı mitinqində yenə müsəlmanlara söz atır. Deyir ki, onun ölkəsindəki hovuzlarda müsəlman ənənələri yox, dünyəvilik prinsipləri üstün olmalıdır

Fransa prezidenti Nicolas Sarkozy müsəlman ənənələrinin dünyəvilik prinsiplərinə zidd olduğunu deyib. Onun iddiasına görə, məktəblərdə halal yeməklərin olması, qadınların kişilərdən ayrılıqda çimməsi yerli cəmiyyətin qaydalarına uyğun deyil.

BU, DİNİ MƏSƏLƏ DEYİL, SİVİLİZASİYA FAKTIDIR

Prezident bu məsələlərə “dini yox, sivilizasiya ilə bağlı məsələ” kimi baxmağı məsləhət görür və təkid edir ki, Fransada məhz fransız sivilizasiyası üstünlük təşkil etməlidir.

“Bizim respublikada ksenofobiyaya və irqçiliyə yer yoxdur… Üzgüçülük basseynlərində qadınlar və kişilər üçün ayrı vaxt ayrılmasına da yer yoxdur” deyə Fransa prezidenti Bordoda keçirilən mitinqdə bildirib.

Fransada prezident seçkilərinin vaxtı yaxınlaşdıqca, müsəlman və emiqrantlarla bağlı mövzular daha çox gündəmə gəlir. Aprelin 22-də seçkinin birinci raundu, mayın 6-da isə final olacaq.
Hazırda Fransada 5 milyon müsəlman yaşayır. Bu, Qərbi Avropa üçün ən böyük göstəricidir. Fransada yaşayan müsəlman gənclər getdikcə daha çox öz adət-ənənələrinə üz tutur, İslam qaydalarının təmin olunmasını tələb edirlər.

SEÇKİ, YOXSA MİLLİ MƏSƏLƏ ÜZRƏ REFERENDUM?

Tənqidçilər deyir ki, Sarkozy bu cür çıxışları ilə öz rəqibi, sağçıların nümayəndəsi olan Marine Le Penin tərəfdarlarını cəlb etmək istəyir. Çünki son vaxtlar Le Pen də Fransada İslam profili haqqında danışmağa başlayıb. Marine Le Pen seçkiqabağı sorğu nəticələrinə görə üçüncü yeri tutur.

Digər namizəd, sosialistlərin nümayəndəi Francois Holland isə Sarkozyni “müsəlmanları damğalamaqda, onları qapazaltıya çevirməkdə” ittiham edir.

CSA sorğu şirkətinin rəhbəri Jerome Sainte-Marie isə prezidentin ayrı çıxış yolu olmadığını bildirir:

“Nicolas Sarkozynin başqa seçimi yoxdur. Qalib gəlmək üçün o, yalnız və yalnız seçkiləri milli məsələlər üsrə referenduma çevirməlidir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG