Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:18

Suriyada xəstəxanada yaralılara elektroşokla işgəncə verirlər


BMT və Britaniyadakı televizyalardan biri bildirib ki, onların əllərində Suriyadakı işgəncə faktıyla bağlı video görüntülər var.

BMT İnsan Haqları sözçüsü Rupert Colville martın 6-da deyib ki, əllərinə keçən videoda görünür ki, Suriyanın Homs və Latakia şəhərlərindəki xəstəxanada tibbi personal və hərbçilər zəncirlə yatağa bağlı olan yaralılara elektroşokla işgəncə verirlər.

Britaniyanın Channel 4 kanalı isə Homsdakı hərbi xəstəxanada ayaqları qırlmış, sarğılar içində olan xəstələrin elektroşok avadanlığındakı görüntülərini yaymışdı. Videoda şahidlərdən biri iddia edirdi ki, bura gətirilənləri dəyənəklərlə döyürlər və ayaqlarını da qırırlar.

Homs Suriyada BAshar Assad rejiminə qarşı etirazların mərkəzi şəhəridir. Ötən ayın sonunda uzun sürən bombardmanlardan sonra Suriya qoşunları Homsu ələ keçirdiklərini bildirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG