Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57
Yazıçı Elçin Hüseynbəylinin «Yolayrıcında qaçış» adlı romanı işıq üzü görüb.

APA-nın məlumatına görə, «Qanun» nəşriyyatında nəfis dizaynla çıxan kitab iki min nüsxədir.

Roman kəskin süjeti, dinamik təhkiyəsi ilə fərqlənir.

«Çaşmış insanlar haqqında çaşqın bir roman» kimi dəyərləndirilən əsərdə qloballaşan dünyanın adamlar üçün yaratdığı problemlər və onun fəsadları qabardılıb.

Romanda əkiz bacılar - Fatimə və Züleyxanın timsalında şərq-qərb ziddiyyəti, şərq-qərb əxlaqının qarşıdurması əksini tapıb.

Roman ilk olaraq "Azərbaycan" jurnalında çap edilib.

Keçən il tənqidçilərin iştirakı ilə "Oxu zalı"nda müzakirəyə də çıxarılıb.

Elçin Hüseynbəyli bu romanla yeni layihəyə də imza atmaq istəyir. O, «Bölgələrdə imza günü» keçirmək niyyətindədir.

Yazıçı bildirib ki, layihənin məqsədi kitabı dəbə mindirmək, onu gündəmə gətirməkdir.

Romandan bir parçanı "Oxu zalı"nda təqdim edirik.
XS
SM
MD
LG