Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:12

ABŞ-ın 10 ştatında Respublikaçıların namizədini seçmək üçün ilkin seçki keçirilir


Martın 6-da ABŞ-ın 10 ştatında Respublikaçılar partiyasının prezidentliyə namizədini müəyyən etmək üçün ilki seçkilər keçirilir.

Ohio, Georgia, Massachusetts, Vermont, Virginia, Oklahoma , Tennessee, Idaho, Şimali Dakota və Alaskadakı seçkini Respublıikaçılar Super Çərşənbə axşamı kimi qəbul edirlər. Burada keçirilən seçkilər adətən partiyanın namizədini müəyyən etmək üçün həlledici rol oynayır. Çünki Respublikaçılar Partiyasının namizədini seçmək üçün tələb olunan təmsilçilərin 40 faizi bu ştatlardandır.

Son sorğulara görə, Respublikaçıların namizədləri Mitt Romney, Rick Santorum and Newt Gingrichin hərəsinin azı bir ştatda qalib gələcək.

***
XS
SM
MD
LG