Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:43

ABŞ və İsrail prezidentləri İranla bağlı razılığa gələ bilmədi


ABŞ prezidenti Barack Obama və İsrail prezidenti Benjamin Netanyahu martın 5-də Vaşinqtonda görüşüb, İranla bağlı siyasəti müzakirə ediblər.

Foreign Policy yazır ki, dünənki görüşdə liderlər yenə də İranın nüvə proqramı ilə bağlı atılacaq addımlar barədə fikir ayrılığında qalıblar.
Netanyahu deyib ki, İsrail İrana zərbə vurmaqla bağlı qərar verməyib. Acaq Netanyahu Tehranı nüvə proqramından çəkindirmək üçün beynəlxalq sanksiyalar və təcrid edilməsinin də işə yaracağı il bağlı pessimis danışıb. İsrail həmçinin uranın zənginləşdirilməsi dayandırılana qədər ABŞ-ın İranla danışıqlara başlamasına da qarşıdır.

Obama isə sanksiyaların artıq təsirini göstərdiyini və Tehranı yaxın vaxtlarda danışıqlara vadar edəcəyini düşünür.

ABŞ və İsrail prezidentləri öz mövqelərində qalsalar da, bir məsələdə - İranla mümkün müharibə haqda çıxışları azaltmaq məsələsində razılaşıblar. Obama iddia edir ki, müharibə ritorikası neftin qiymətini artırmaqla İrana tətbiq edilən sanksiyaların təsirini azaldır.
XS
SM
MD
LG