Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:51

İran beynəlxalq müfəttişləri hərbi komplekslərə baxmağa çağırır


İran bildirib ki, BMT-nin Atom Enerjisi Agentliyinin müfəttişlərini Parchin hərbi kompleksinə buraxa bilər. və bundan ötrü müfəttişləri yenidən İrana çağırır.

İSNA agentliyi İranın Agentlikdəki missiyasının bəyanatına istinad edərək bildirib ki, müfəttişlərin fevralda buraxılmamağına səbəb proseduraların çox vaxt aparması olub.

Sonuncu dəfə beynəlxalq müfəttişlər Parchində 2005-ci ildə olublar. Beynəlxalq Atom Enerjisi Agentliyinin sonuncu hesabatlarında İranın nüvə proqramının hərbi istiqamətləri haqda ciddi şübhələrin olduğunu və Parchinin də şübhəli obyektlər siyahısında olduğu bildirilirdi.

İran isə proqramın hərbi məqsədli olduğunu təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG